“Köhnəsini gətir, yenisini apar” – Trade-in xidməti nədir və hansı üstünlükləri var?

Müasir dövrdə texnologiya və poliqrafiya avadanlıqları sürətlə yenilənir. İstər printer, istər kağız kəsnlər, istərsə də digər poliqrafiya texnikası olsun – hər il daha funksional, daha güclü və daha rahat modellər bazara çıxır. Bu dəyişikliklər fonunda köhnə avadanlıqların istifadəsi çətinləşir və dəyəri azalır. Məhz bu mərhələdə “Trade-in” (köhnəsini gətir, yenisini apar) xidməti insanların işini asanlaşdırır.

Trade-in nədir?

“Trade-in” – mövcud cihazınızı bizə təhvil verib, onun dəyərini yeni məhsulun alışına yönləndirmək imkanıdır. Yəni,  avadanlığınızı təhvil verirsiniz, mağaza onun vəziyyətini qiymətləndirir və çıxarılan məbləği yeni məhsulun qiymətindən çıxır.

Sadə dillə desək: köhnə cihazınız yeni alış üçün endirim kuponuna çevrilir.

Necə işləyir?

  1. Qiymətləndirmə – Siz köhnə cihazınızı mağazaya gətirirsiniz. Mütəxəssislər onun xarici görünüşünü və texniki vəziyyətini yoxlayır.

  2. Dəyərin hesablanması – Cihazın markası, modeli, yaşı və işlək vəziyyəti nəzərə alınaraq qiymət müəyyən edilir.

  3. Yeni alış – Müəyyən edilən məbləğ yeni məhsulun qiymətindən çıxılır və siz əlavə ödənişlə yenisini əldə edirsiniz.

Məsələn: Köhnə cihazınız 200 AZN-ə qiymətləndirdilərsə, 1000 AZN-lik yeni model üçün siz yalnız 800 AZN ödəyirsiniz.

Üstünlüklər

  • Pulunuza qənaət – Yeni məhsulu daha münasib qiymətə əldə edirsiniz.

  • Asan və sürətli – Özünüz alıcı axtarmağa və köhnə cihazı satmaqla məşğul olmağa ehtiyac qalmır.

  • Etibarlılıq – Cihazınızı rəsmi mağazaya təhvil verdiyiniz üçün əlavə risklər ortadan qalxır.

  • Ekoloji fayda – İstifadə olunmuş avadanlıqlar yenidən emal olunur və ətraf mühitin çirklənməsi azalır.

Nəyi nəzərə almaq lazımdır?

  • Qiymətləndirmə həmişə bazar satış qiymətindən aşağı ola bilər. Çünki mağazalar riskləri və təmir ehtimallarını nəzərə alır.

  • Cihaz tam işlək vəziyyətdə olmalıdır. Çox köhnə və ya işləməyən modellər bəzən qəbul edilmir.

  • Xidmətdən istifadə etmək üçün cihazın rəsmi sənədləri (qutusu, qəbzi, zəmanət kartı) üstünlük yarada bilər.