Geri qaytarma
"Sublim.az" olaraq məqsədimiz sənin alış-verişlərinə yalnız sevinc və məmnuniyyət gətirməkdir. Sənin hər bir addımında inam hissi duymağın üçün aydın və şəffaf bir geri qaytarma siyasəti hazırlamışıq.
Bu səhifədə məhsulun geri qaytarılması və dəyişdirilməsi qaydaları, habelə tez-tez verilən sualların cavabları ilə tanış ola bilərsən. Komandamız hər hansı bir vəziyyətdə sənı kömək etməyə hazırdır - istər zəmanət əsasında geri qaytarma, istər şəxsi istəyə görə dəyişiklik olsun.
Biz hər bir müştərimizi dəyərləndiririk və geri qaytarma prosesinin sürətli, rahat və sənin üçün maksimum sadə olmasına çalışırıq. Əgər sualların yaranarsa, sənə hər zaman qaynar xətt, onlayn çat və ya istənilən satış nöqtəmiz vasitəsilə dəstək göstərməyə hazırıq.
Bizə etibar etdiyin üçün təşəkkür edirik.
Geri Qaytarma Siyasəti
Mağazamız "İstehlakçı hüquqlarının qorunması haqqında" Qanuna uyğun fəaliyyət göstərir. Aşağıdakı hallarda məhsulu geri qaytara və ya dəyişdirə bilərsən:
Brak məhsulun geri qaytarılması və dəyişdirilməsi (zavod qüsuru)
Brak məhsulu zəmanət müddətində geri qaytara və ya dəyişdirə bilərsən.
Bunun üçün:
Qaynar xəttinə zəng edərək geri qaytarma haqqında məlumat ver.
Operatorun göstərişlərinə uyğun olaraq istənilən "sublim.az" satış nöqtəsinə yaxınlaş və məsləhətçiyə geri qaytarma barədə məlumat ver.
Ekspert məhsulu yerində yoxlayacaq. Əgər qüsur təsdiqlənərsə, məhsul dəyişdiriləcək və ya pulun geri qaytarılacaq.
Əgər qüsuru dərhal təsdiqləmək mümkün olmazsa, məhsul servis araşdırmasına göndəriləcək.
Qüsur təsdiqləndikdən sonra, tam dəyəri, o cümlədən çatdırılma xərcləri ilə geri qaytarılacaq.
Pulun geri qaytarılması alıcının geri qaytardığı məhsulların alışında istifadə etdiyi eyni ödəniş üsulu ilə həyata keçirilir, alıcı fərqli bir qaytarma üsulu barədə açıq şəkildə razılaşmadığı hallar istisna olmaqla. Fərqli ödəyici və alıcı halları: Məhsulu bir şəxs alıb, digər şəxs ödəyibsə (məsələn, hədiyyə), ödəniş məhz sifarişi ödəyən şəxsə qaytarılır, alana yox.
Şəxsi istək əsasında məhsulun geri qaytarılması
Məhsulu alındığı gün sayılmamaqla, növbəti 14 gün ərzində dəyişdirə və ya geri qaytara bilərsən, əgər:
İstifadə olunmayıb və istifadə izləri yoxdur.
Ticarət görünüşü və istehlak keyfiyyətləri saxlanılıb.
Zavod qablaşdırması zədələnməyib.
Tam komplektasiya saxlanılıb.
Proqramlar quraşdırılmayıb və aktivləşdirilməyib (elektronika üçün).
Çeki və ya ödənişi təsdiq edən digər sənəd mövcuddur.
Sublim.az saytından onlayn əldə edilən məhsulları 14 gün ərzində qaytarmaq və dəyişdirmək mümkündür.
Geri qaytarma proseduru:
Operator ilə əlaqə saxla və geri qaytarma haqqında məlumat ver.
Operatorun göstərişlərinə uyğun olaraq istənilən "Sublim.az" satış nöqtəsinə yaxınlaş və məsləhətçiyə geri qaytarma barədə məlumat ver.
Məhsul texniki ekspert tərəfindən qiymətləndiriləcək. Əgər ekspertiza yerində mümkün deyilsə, məhsul servis araşdırmasına göndəriləcək.
Məhsul geri qaytarma şərtlərinə uyğundursa, tam dəyəri, o cümlədən çatdırılma xərcləri ilə geri qaytarılacaq.
Pulun geri qaytarılması məhsulu aldığın ödəniş üsulu ilə həyata keçiriləcək.
Əgər alıcı və ödəyici fərqli şəxslərdirsə, pul ödəyiciyə qaytarılacaq.
Geri qaytarma şərtlərinə uyğun olmayan məhsul alıcı tərəfindən götürülə bilər.
Xidmətlərin geri qaytarılması
Qüsurlu məhsul geri qaytarıldıqda xidmət də geri qaytarıla bilər.
Məhsul dəyişdirildikdə xidmət yeni cihaz üçün də keçərlidir.
Məhsul fərqli kateqoriyadan olan məhsulla dəyişdirildikdə xidmət geri qaytarılmır.
Əgər geri qaytarılmış məhsulda qüsurlar aşkar olunmazsa, göstərilən xidmətlərin dəyəri geri qaytarılmır.
Pul zəmanəti (sığorta) xaricində, göstərilmiş xidmətlər geri qaytarılmır.
Xidmət göstərilmişdirsə, geri qaytarılma yalnız xidmət üçün keçərlidir, məhsul üçün deyil.
Əlavə şərtlər:
Məhsul nağdsız ödənişlə alınarsa, satış nöqtəsi alıcının bankına sorğu göndərir. Pulun geri qaytarılması bank tərəfindən 14 təqvim günü ərzində həyata keçirilir.
Geri qaytarma və dəyişdirmə ilə bağlı suallarınız varsa, Life chat, sosial şəbəkələr, qaynar xətt , WhatsApp nömrəsi +994(55) 790 78 40 və ya "Sublim" satış nöqtəsi ilə əlaqə saxlayın.
AZ
RU
EN