Çatdırılma
Çatdırılma göstərilən ünvana saat 10:00-18:00 aralığında həyata keçirilir.
Çatdırılma üçün razılaşdırılmış vaxtda göstərilən ünvanda olmağınız vacibdir.
Kuryer yola düşməzdən təxminən 1-2 saat əvvəl sizinlə əlaqə saxlayır.
Onlayn sifariş təsdiqləndikdən sonra çatdırılma vaxtı üçün müştəri ilə əlavə əlaqə qurulacaq.
Müştəri təklif edilən gündə məhsulu qəbul edə bilməzsə, məhsul 7 gün ərzində saxlanılır. Bu müddət bitdikdən sonra sifariş ləğv edilir.*
*Bu qayda yalnız ödəniş edilməmiş sifarişlərə və bütün çatdırılma növlərinə aiddir.
Sifarişin Təhvil Verilməsi
Çatdırılma, dəhlizlərdə və keçidlərdə maneə olmadığı halda ünvan daxilində yerinə yetirilir.
Keçidlərin, qapıların, dəhlizlərin ölçüləri məhsulun qablaşdırmasından ən azı 5 sm böyük olmalıdır.
Əgər şərait məhsulun daşınmasına imkan vermirsə, məhsul ünvanın ən yaxın nöqtəsinə təhvil verilir.
Kuryer:
- Ərazi təmizliyi və obyektlərin yer dəyişməsi ilə məşğul olmur.
- Məhsulların istifadə qaydaları, quraşdırılması və tənzimlənməsi barədə məsləhət vermir.
Sifarişin qəbul zamanı:
- Məhsulun xarici görünüşünü və qablaşdırmasını,
- Məhsul sayını,
- Komplektasiyanı və sənədlərin mövcudluğunu yoxlamaq hüququnuz var.
Çatdırılma zamanı sifariş yalnız müvafiq şəxsə və ya onun adından məlumat verən şəxsə təhvil verilir.
Sifariş sənədlərin imzalanması ilə tamamlanmış sayılır. Sənədlər həmçinin elektron formada təqdim edilə bilər.
Azərbaycan Respublikasının hüdudlarından kənara çatdırılma həyata keçirilmir.
Çatdırılma Müddəti
Bakı, Sumqayıt, Xırdalan:
Kiçik ölçülü sifarişlər (anbarda mövcuddursa) və 14:30-a qədər verilmiş sifarişlər həmin gün Bakı şəhəri daxilində çatdırıla bilər.
Böyük ölçülü sifarişlər mərkəzi anbardadırsa 2 gün ərzində çatdırılır, digər anbarlardan çatdırılma müddəti uzana bilər.
Regionlar:
Məhsulun regional mağazada və anbarda mövcudluğundan aslı olaraq 3 gün ərzində.
Digər mağaza və anbarlardan satış edilərsə müddət uzana bilər.
Çatdırılma Qiyməti
Sifariş məbləği 250 AZN-ə qədər olduqda çatdırılma 5 AZN təşkil edir.
250 AZN-dən yuxarı sifarişlərdə çatdırılma ödənişsizdir.
Dəqiq ünvanı olmayan və ya təhvil şərtləri uyğun olmayan sifarişlər üçün çatdırılma həyata keçirilmir.
Sifarişi rəsmiləşdirən istifadəçi göstərilən çatdırılma şərtləri ilə avtomatik olaraq razılaşmış sayılır.
Ekspress Çatdırılma
Qiymət: 19.99 AZN
Bakı, Sumqayıt, Xırdalan:
- 17:00-a qədər sifarişlər həmin gün,
- 17:00-dan sonra verilən sifarişlər növbəti gün çatdırılır.
Ödəniş Üsulları
Bank kartı ilə onlayn ödəniş
KapitalBank (BirBank) taksit kartı
Sifarişi təhvil alarkən bank kartı ilə və ya nağd ödəniş
Apple Pay və Google Pay
AZ
RU
EN