Biqovka yoxsa perforasiya?
Bıqovkalı aparatları (bıqovqaçılar)
Təyinatı: kağız, karton və digər sıx materiallarda düz qat xəttinin yaradılması.
İş prinsipi: materialın küt bıçaqlar və ya lövhələrlə basılması nəticəsində oyuq əmələ gəlir, liflər sıxlaşır və materialın sınmadan, deformasiyasız qatlanmasını asanlaşdırır.
Tətbiqi: broşürlərin, açıqcaların, qovluqların, qutuların və qat yeri dəqiq tələb olunan digər poliqrafiya məhsullarının hazırlanması.
Perforasiya aparatları
Təyinatı: kağız üzərində xırda deşiklərdən ibarət xəttin yaradılması.
İş prinsipi: eyni ölçülü deşiklər bərabər məsafələrlə düzülür və beləliklə qoparma və ya bərkidilmə xətti formalaşır.
Tətbiqi:
-
Cildləmə üçün: dəftərlərin, bloknotların, təqvimlərin hazırlanmasında spiral üçün deşiklərin açılması.
-
Qoparma üçün: biletlərdə, kuponlarda, blanklarda qoparma xətlərinin yaradılması.
Bıgovalı-perforasiya aparatları
Təsviri: həm bigovka, həm də perforasiya əməliyyatlarını yerinə yetirən universal avadanlıq.
Xüsusiyyətləri:
-
Alətlərin dəyişdirilməsi ilə bigovka və perforasiya rejimləri arasında rahat keçid.
-
Hər iki əməliyyatın eyni aparatla yerinə yetirilməsi imkanı.
Üstünlükləri:
-
Məkan və vəsaitə qənaət.
-
Kiçik poliqrafiya müəssisələri və ofislər üçün əlverişlilik.
-
Kiçik həcmli işlərdə məhsuldarlığın artırılması.
AZ
RU
EN